Dünən xüsusən gəncləri görəndə, bizi qarşılayanda istər-istəməz mənim yadıma "Cavanlar həyatı" qəzeti düşdü. Bildiyimiz kimi, sonra bu qəzet Şərq qapısı qəzetinə çevrildi və Azərbaycanda uzun müddət demək olar ki fasiləsiz çıxan mətbu orqandır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı- "Mediafest-2025"-də çıxışı zamanı Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O qeyd edib ki, Ümummilli Liderin "Şərq qapısı" qəzeti haqqında dediyi fikirlərin şahidiyik və xüsusən də 1990-1993-cü illərdə Ümummili Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə "Şərq qapısı"nın, Naxçıvan Televiziyasının yaratdıqları salnamələr onların arxivlərində qorunur. "Şərq qapısı" və Naxçıvan televiziyasının arxivləri bizim üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda böyük rol oynayır.