Nахçıvаn Muхtаr Rеspublikаsının Fövqəlаdə Hаllаr Nаzirliyi şəhid övladları üçün “açıq qapı günü” keçirib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən şəhid övladları üçün “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” tədbiri keçirilib.
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə şəhid ailələrinin üzvləri, Fövqəlаdə Hаllаr Nаzirliyinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yüksək vəzifəli əməkdaşları iştirak ediblər.
Tədbirin açılışında, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Fövqəlаdə Hаllаr Nаzirliyinin idarə rəisi Şərif Əsədov ələmatdar gün münasibətilə uşaqları təbrik edib, onlara gələcək həyatında uğurlar arzulayıb.
“Açıq qapı günü”ndə uşaqlara xilasedicilər və yanğınsöndürənlər tərəfindən xilasetmə, yanğınsöndürmə texnikası və avadanlıqları, alpinist, mühəndis, kimya şəhərciklərində xilasedicilərin, həmçinin, kinoloqların fəaliyyəti barədə məlumatlar verilib, uşaqların sualları ətraflı cavablandırılıb.
Sonra əsgər yeməkxanasında qonaqlar üçün çay süfrəsi təşkil olunub.
Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.