Naxçıvanda məhkum valideynlərlə uşaqlarının görüşü təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 1-də – Uşaqların Beynəlxalq  Müdafiə  Günü münasibətilə  Naxçıvan Muxtar Respublikası  Ədliyyə Nazirliyinin  Penitensiar  Xidməti  tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkum valideynlərlə uşaqların görüşü keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Strateji Planlaşdırma və Monitorinq Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək uşaqları və onların valideynlərini bayram  münasibətilə   təbrik  edib. O,  ümummilli  lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident  Mehriban Əliyeva  tərəfindən  uğurla  davam etdirildiyini bildirib. Çıxışda azad olunmuş  ərazilərdə uşaq bağçaları, məktəblər və idman meydançalarının inşasına xüsusi önəm verildiyi vurğulanıb.

Bayram  tədbiri  Naxçıvan Dövlət  Kukla  Teatrının  kloununun təşkil etdiyi  müxtəlif oyunlar  və musiqi nömrələri ilə uşaqlar üçün daha əyləncəli və yaddaqalan olub. 

Sonda Penitensiar Xidmətin rəhbərliyi tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub.

Tədbirdə 12 məhkum və 20 uşaq iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: