Naxçıvanda şəhid atası vəfat edib

A- A A+

Şəhid kapitan Cavid Bayramlının atası vəfat edib.

NUHÇIXAN-ın məlumatına görə, Əhliman Bayramov uzunsürən  xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, şəhid kapitan Cavid Bayramlı 30 noyabr 2021-ci il tarixində “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında şəhid olub.

Kapitan Cavid Bayramlı Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarında xidmət edib. O, Vətən müharibəsi zamanı Zəngilanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə  "Zəngilanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edillib. C.Bayramlı müharibədən sonra xidmətinə davam edib.

Allah rəhmət eləsin!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: