Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayıb

A- A A+

Bir sıra idman telekanallarının ("Matç TV! Futbol 1", "Matç TV! Futbol 2", ""Matç! Futbol 3", "Мatç! Premyera", "Мatç! İqra", "Мatç! Arena", "Мatç! Strana", "Мatç!") Azərbaycanda yayım hüququ yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayarkən bildirib.

Bildirilib ki, Şuraya multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən adları çəkilən telekanalların çıxarılması ilə bağlı müraciətlər daxil olur:

"Həmin kanallarda yayımlananan bir sıra beynəlxalq idman yarışlarının Azərbaycanda müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınmış və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur. Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, "Matç TV" kanallarının Azərbaycandakı faktiki olaraq "pirat" yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycanda operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir".

Xatırladaq ki, Şura mayın 13-də bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb edib və iyunun 1-dən bu tələbə riayət etməyən operatorlara qarşı qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: