Bu il cəzaçəkmədən azad edilən 2000-dən çox şəxsə birdəfəlik sosial yardım göstərilib

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavinət təyin edilərək ödənilib.

Bildirilib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1600 manat) birdəfəlik müavinətlə təmin edilir.

Həmçinin bu müavinət digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycanda daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına da şamil olunur.

Qeyd olunan birdəfəlik müavinətin təyinatı bu kateqoriyadan olan şəxsin sosial adaptasiya müddəti ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya “DOST” mərkəzlərinə yazılı müraciəti əsasında aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: