Bu gün Xankəndi şəhərinə və ətraf yaşayış məntəqələrinə küləklə müşahidə olunan leysan xarakterli yağış yağıb, dolu düşüb.
Bu barədə NUHÇIXAN-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, günün ikinci yarısından etibarən davam edən qeyri-sabit hava şəraiti şəhər təsərrüfatına ziyan vurmayıb. Şəhərin komunal təsərrüfatında elektrik enerjisi, içməli su və təbii qaz verilişində məhdudiyyət yaranmayıb.
Vurğulanıb ki, bu dəqiqələrdə də yağış yağır, güclü şimşək çaxır.