Endokrinologiyanın aktual problemləri müzakirə edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN  xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini SamratGəncəyeva bildirib ki,  2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Hazırda muxtar respublikada şəkərli diabet xəstələrinə şəkər ölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz  verilir .

Sonra Bakı şəhərində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynovanın “Qalxanabənzər vəzinin xəstəlikləri zamanı yaranan müxtəlif reproduktiv pozulmalar” və “ Şəkərli diabet və xroniki venoz çatışmazlığı” mövzularında məruzələri dinlənilib.

Mütəxəssis  şəkərli        diabetin      tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verib.

Muxtar respublikanın tibb müəssisələrində çalışan endokrinoloq, terapevt, pediatr, nevroloq, cərrah, ginekoloqların, rezident və Naxçıvan Dövlət Universiteti Tibb fakültəsi və Naxçıvan Tibb Kolleci tələbələrinin iştirak etdiyi konfransda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran  suallar  cavablandırılıb.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: