Naxçıvanda erkən evliliyin qarşısı alınıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  04.05.2000-ci il təvəllüdlü Şahbuz rayon Gömür kənd sakini A.C (ad və soyad şərtidir)tərəfindən 08.08.2008-ci il təvəllüdlü Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd edib.

Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq  uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. 

Beləliklə də aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb. Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfindən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: