Yer kürəsində 66 saat davam edən maqnit qasırğası başa çatıb

A- A A+

Yer kürəsində 66 saat davam edən maqnit qasırğası başa çatıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının məlumatında deyilir.

Məlumata görə, bazar günü Yer kürəsində başlayan maqnit qasırğası əvvəlki güc səviyyəsinə – G4-ə çatıb. "Maqnit qasırğası sona çatıb, geomaqnit göstəricilər yaşıl zonaya qayıdıb", - məlumatda deyilir.

Qeyd olunur ki, Yer kürəsinin yaxınlığında Günəş küləyinin parametrləri elədir ki, fırtınanın yenidən başlama şansı praktiki olaraq yoxdur.

Proses 66 saat davam edib və maqnit qasırğasının müddəti 69 saat olan 2017-ci ilin aprelindən bəri ən uzun davamlı geomaqnit pozğunluqları və fırtınalar seriyası olub.

Qeyd edək ki, Yerdəki maqnit sahəsinin pozulma dərəcəsi beş dəyər şkalasında qiymətləndirilir. G1 zəif, G5 isə son dərəcə güclüdür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: