Abşeronda göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır

A- A A+

Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə NUHÇIXAN-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən (KTN) məlumat verilib.

Bildirilib ki, Aqrar Xidmətlər Agentliyi (AXA), KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırma aparır.

Hər üç dövlət qurumunun mütəxəssisləri əraziyə baxış keçirib, sudan və balıqlardan nümunələr götürülüb. Nümunələr AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, KTN-in Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: