Ağbulaq kəndində daşınmaz əmlak obyektləri pasportlaşdırılıb - FOTOLAR

A- A A+

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində daşınmaz əmlak obyektlərinin pasportlaşdırılması başa çatdırılıb.                       

Fevralın 28-də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin səyyar xidmət qrupu yeni hazırlanmış mülkiyyət sənədlərini kənd sakinlərinə təqdim edib. Fərdi yaşayış evlərinin mülkiyyətçilərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib, yardımçı tikililər inventarlaşdırılıb.Pasportlaşdırılmış 65 evin mülkiyyət sənədləri hazırda sakinlərə təqdim edilir.

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nurlan Fətəliyev NUHÇIXAN-a bildirib ki, verilmiş tapşırıqların icrasını təmin etmək üçün kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib, torpaq ehtiyatlarının qorunması və səmərəli istifadə edilməsi sahəsində qanunvericiliyin tələbləri onların diqqətinə çatdırılıb. Ağbulaq kəndində torpaq sahələrinin ölçülərinin dəqiqləşdirilməsi başa çatdırılıb, 157 daşınmaz əmlak obyekti plana alınaraq kəndin yeni yerquruluşu xəritəsi hazırlanıb.

Tikililərin kütləvi texniki inventarlaşdırılması aparılıb və pasportlaşdırılması üçün ölçüləri dəqiqləşdirilib. Komitənin səyyar xidmət qrupu tərəfindən texniki sənədlərin hazırlanması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yaşadıqları ərazidə vətəndaşların müraciətləri qəbul edilib.                     

Qeyd edək ki, kənddə aparılan kompleks quruculuq işlərinin davamı, vətəndaşlara göstərilən dövlət qayğısının daha bir ifadəsi olaraq kənd sakinlərinə məxsus daşınmaz əmlak obyektləri üzərində mülkiyyət hüquqlarının ilkin qeydiyyatı və inventarlaşdırılması tamamilə dövlət hesabına həyata keçirilib.

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: