Builki bayram AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir.
NUHÇIXAN xəbər verir ki, müqəddəs Qurban bayramı ilə əlaqədar iyunun 6-sı ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan şəhərindəki Heydər məscid kompleksində və muxtar respublikanın bütün rayon və kənd məscidlərində 9:00-da bayram namazı qılınacaq.