Şərurda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistral yolun Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 68-BK-601 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 68-BF-164 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub.
Qəza zamanı 2 qadın və 1 kişi xəsarət alıb. Onlar Şərur rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.