Qazax rayonunun Abbasbəyli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən şəxslərin adları məlum olub.
NUHÇIXAN-ın məlumatına görə, qəza nəticəsində rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.
Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.