Avropalı ekspertlər dayanıqlı bakteriyalarla bağlı vəziyyətin pisləşməsini təsdiqləyirlər

A- A A+

Avropalı ekspertlər dayanıqlı bakteriyalarla bağlı vəziyyətin pisləşməsini təsdiqləyirlər.

NUHÇIXAN “Remedium”a istinadla xəbər verir ki, səhiyyə xidmətləri Avropada bakteriyaların antibiotiklərə qarşı müqavimətinin artmasının davam etdiyini təsdiqləyirlər. Bu, yoluxucu xəstəlikləri olan pasiyentlərin müalicəsini mürəkkəbləşdirir.

Səhiyyə və ərzaq məhsullarının təhlükəsizliyi məsələləri üzrə avrokomissar Vityanis Andryukaytis Avropanın 28 ölkəsində bakteriyaların müqavimətinin artması ilə bağlı vəziyyətə dair hesabatlara istinadla bildirib ki, proqnozlar narahatçılıq yaradır. Həkimlərin fikrincə, hazırda daha çox yayılan infeksiyaların müalicəsi daha çətinləşib, hətta bəziləri sağalmaz qala bilər.

Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzi və Ərzaq Məhsullarının Təhlükəsizliyi üzrə Avropa Agentliyi bildirir ki, “Campylobacter” enterobakteriyaları Avropanın ayrı-ayrı regionlarında ftorxinolon qrupundan olan antibiotiklərə son dərəcə dayanıqlı reaksiya verir. Bu, həkimləri belə müalicədən birdəfəlik imtinaya məcbur edir. Həmçinin “Salmonella” bakteriyasının ftorxinolonlara və bir dəfəyə antibiotiklərin bir neçə sinfinə qarşı dayanıqlı olması hallarına Avropa ölkələrində daha çox rast gəlinir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: