Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Bu barədə NUHÇIXAN-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ilkin məlumata görə, "Mercedes" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub.
Faktla bağlı araşdırma aparılır.