Həkim-infeksionist: Naxçıvanda dönərdən zəhərlənən 17-i nəfərin 9-u azyaşlıdır

A- A A+

Bu gün Naxçıvan Muxtar Respublikasının Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili Tibbi Yardım Şöbəsinə 17 nəfər şəxs qida zəhərlənməsi diqanozu ilə daxil olub.

NUHÇIXAN xəbər verir ki, bunu Mərkəzinin həkim-infekionisti Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında deyib.

Daxil olarkən xəstələrin vəziyyəti orta ağır və iki nəfər xəstənin vəziyyəti isə ağır vəziyyətdə idi. Daxil olan digər 9 nəfər xəstə isə azyaşlı uşaq olub.

Həkim-infeksionist qeyd edib ki, aparılan simptomatik yardımlar sonrası və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalma ilə evə buraxılıb: "Bunlardan 3-ü ayrı ailə üzvləri olub. 5 nəfər bir ailədən, 4 nəfər bir, 3 nəfər isə ayrı bir ailədən olub. Ümumi zəhərlənənlərin sayı 17 nəfər olub. Bizə müraciət edənlərin 17 nəfər olmasına baxmayaraq zəhərlənmə halının çox olduğu məlumatı bizdə vardır. Yəni təcili tibbi yardım şöbəsinə daha çox xəstə müraciət edib"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: