NQTA rəsmisi: Eyni dönərxanada zəhərlənmənin baş verməsi qaydalara düzgün riayət olunmaması ilə əlaqədardır
Eyni yerdə ikinci dəfə bu halın baş verməsi mövsümlə, məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər.
NUHÇIXAN xəbər verir ki, bunu jurnaslistlərə açıqlamasında Naxçıvan MR Qida Təhülikəsizliyi Agentliyinin Qida zənciri nəzarət şöbəsinin müdiri Orxan Orucov deyib.
O qeyd edib ki, eyni yerdə ikinci dəfə bu halın baş verməsi mövsümlə, məhsulların saxlanması, istifadə qaydalarının pozulması ilə əlaqədar ola bilər: "Bu kimi riskli xidmət sahələrində qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər. Burada araşdırma davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılan araşdırma istər çiy dönər saxlanması və ya emalı müəsissəsində, dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan sosuslar, ketçuplar, moyanezlərdən də nümunələr seçilib və qida təhlükəsizlik institunun labaratoriyasına təqdim olunub".
Rəsmi əlavə edib ki, ümumiyyətlə həmin məhsullarla bağlı normativ hüquqi akt qəbul olunub: "Həmin aktda qeyd olunan tempratur rejimi məsələlərinə əməl etmək lazımdır. Apardığımız müşahiədələr zamanı istifadə olunan moyanez, ketçup və digər sousların müvafik tempraturda saxlanmağı, gigyenik qaydaların pozulması sonda bu kimi arzuolunmaz hadisələrə səbəb olur".
O.Orucov bildirib ki, Naxçıvan Muxtar Respublikasl Qida Təhlükəsizliyi Agentliyi istənilən ilin istənilən fəslində maarifləndirmə işlərini aparır".