Naxçıvan Dövlət Texniki Kollecində tələbələrlə ilə görüş keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Texniki Kollecinin II kurs Mühasibat uçotu ixtisasının tələbələri ilə “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətlərimövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Kollecin direktoru Asəf Ruşanovhamilik tədbirlərinin tələbələrin həm nəzəri, həm də təcrübi biliklərinə müsbət təsirini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Ramil Hüseynov təmsil etdiyi qurumla Naxçıvan Dövlət Texniki Kolleci arasında əməkdaşlığın inkişafının tələbələrin yüksək səviyyədə hazırlığı, kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından əhəmiyyətli olduğunu bildirib. 

Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdir müavini Ülvi Cəfərovun və Xəzinə şöbəsinin baş məsləhətçisi Azad Əliyevin “Xəzinə əməliyyatlarının aparılmasının təşkilinin təkmilləşdirilməsi istiqamətləri” mövzusunda məruzələri dinlənilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: