Naxçıvanın kəndlərinə güclü qar yağdı - FOTOLAR

A- A A+

Dünən Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Ordubad, Şahbuz rayonlarına intensiv və güclü qar yağıb.

NUHÇIXAN xəbər verir ki, yüksək dağlıq ərazilərdə qarın hündürlüyü 60 santimetri ötüb. Culfanın Boyəhməd, Ləkətağ, Ərəfsə, Şurut, Şahbuzun Kükü, Biçənək, Ağbulaq, Babək rayonunun Buzqov, Ordubadın Nəsirvaz, Gənzə, Nürgüt kimi ucqar dağlıq kəndlərində qarın qalınlığı 50 santimetrə çatıb. Naxçıvan şəhərinə isə yağış və sulu qar yağıb.

Payız mövsümündə lazımi hazırlıq işləri aparıldığından təbbii qaz və elektrik enerjisinin verilişi sarıdan heç bir kənddə problem yaşanmayıb.  Yollar dərhal  qardan təmizlənib. Hazırda bütün kəndlərə yollar açıqdır və davamlı nəqliyyat xidmətləri göstərilir.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: