Naxçıvanda mahnı müsabiqəsi keçirilir

A- A A+

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş “Səni tərənnüm edirəm doğma Naxçıvan” devizi altında mahnı müsabiqəsi keçiriləcək. Müsabiqənin əsas məqsədi qədim diyarımız Naxçıvanı-onun təbiətini, zənginliklərini, yetirdiyi dahi şəxsiyyətləri tərənnüm edən yeni mahnıların yazılmasıdır. Müsabiqədə professional və həvəskar bəstəkarlıqla məşğul olan yaşı 18-dən yuxarı şəxslər iştirak edə bilərlər.

NUHÇIXAN-ın məlumatına görə, Müsabiqə bir turdan ibarətdir. Müsabiqə qaliblərinin mükafatlandırılması üçün professional və həvəskar bəstəkarlar nominasiyaları olmaqla hər biri üzrə bir I , bir II və bir III yer təsis edilib. Qaliblərin mükafatlandırılması üçün

I yer- 1000 AZN,

II yer- 500AZN,

III yer - 250 AZN mükafat fondu ayrılıb.

Müsabiqədə iştirak etmək istəyənlər 2019-cu il sentyabr ayının 10-dək Təşkilat Komitəsinə ərizə ilə müraciət edə bilərlər.(Telefon: 036 - 545-02-54)Musiqi əsərlərinin notu çap şəklində ərizəyə əlavə olunmalıdır.

Müsabiqə zamanı bəstəkar əsərləri solist və ya xorun ifasında canlı olmaqla hər hansı orkestr, ansambl və ya konsertmeysterin müşayiəti ilə təqdim edilməlidir.Müsabiqənin 2019-cu il oktyabr ayının ikinci yarısında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: