Ordubad rayonu Aza-Darkənd kənddaxili avtomobil yolunda əsaslı təmir işləri aparılır - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, vətəndaşların rahat hərəkət etməsi üçün "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən uzunluğu 6.8 km olan yolda əsaslı təmir işləri aparılır. Təmir zamanı 900 m beton su kanalı, 10 m metal boru su keçidləri quraşdırılıb.
Həmçinin, avtomobil yolunun 9235 m2 hissəsinə 1 qat, 4300 m2 hissəsinə isə 2 qat asfalt verilib və hazırda işlər davam etdirilir.