Şahbuz rayonunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası  İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə  Şahbuz  rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.   
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz  xatirəsini ehtiramla yad ediblər.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Şahbuz rayon İcra Hakimiyyəti  başçısının müavini Cəlal Paşayev  giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya qəbul olunmuşdu
Həmçinin, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Samir Tarverdiyev,  Naxçıvan Dövlət Universitetinin əməkdaşı  Əziz Qasımov, Şahbuz rayon Prokurorluğunun əməkdaşı Yaqub Salamzadə və YAP-ın Şahbuz rayon təşkilatının sədiri Rizvan Məmmədov mövzu ilə bağlı çıxış ediblər.                                           
Sonda Konstitusiya və Suverenlik İlinə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: