“Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda tədbir olub - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə  1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Naxçıvan şəhər 11saylı uşaq bağçasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların xoşagəlməz hallarda qarşılaşdığı təhlükələrə onları əvvəlcədən hazırlamaqdan ibarət olub. Məişətdə və ətraf mühitdə baş verə biləcək təbii və texnogen qəzalar uşaqların dili ilə diqqətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi polkovnik Emin Qasımov, Naxçıvan şəhər icra başçısının müavini Təhminə Mustafayeva, Naxçıvan Dövlət Universitetinin müəllimi Sevda Kərimova, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi dövlət qulluqçusu Azadə Cəfərova çıxış edərək tədbirin əhəmiyyəti, bu cür tədbirlərin məktəbəqədər tərbiyə müəssisələrində keçirilməsinin vacibliyindən danışıblar.

Balaca fidanlar 1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə qonaqları şeirlərlə təbrik ediblər. Uşaqlar baş verə biləcək xoşagəlməz hadisələr və onlardan qorunmağın yolları ilə bağlı səhnəciklər göstəriblər.

Sonda “Fövqəladə hallar uşaqların gözü ilə” adlı sərgi qonaqlara təqdim olunub. Tədbirdə Naxçıvan şəhər 11 saylı uşaq bağçasının ümumilikdə 27 tərbiyəçi və məktəbəqədər qrupun 32 fidanı iştirak edib.  Səhnəciklərdə fəal iştirak edən uşaqlara diplomlar təqdim olunub.

Tərbiyəçilər və uşaqlar tərəfindən hazırlanmış Fövqəladə Hallar Nazirliyinin emblemi xatirə olaraq Nazirliyin əməkdaşlarına təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: