Qərbi Azərbaycana qayıdış prosesinin koordinasiya mərkəzinin gələcəkdə Naxçıvan Muxtar Respublikası ola biləcəyi deyilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə iyunun 13-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” konfransı çərçivəsində jurnalistlərlə söhbət zamanı Qərbi Azərbaycan İcması (QAİ) Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov danışıb.
O qeyd edib ki, bu gün artıq Azərbaycanın bütün bölgələrində Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə bağlı ictimai-siyasi tədbirlər keçirilir:
“Xalqımız Prezidentin Qərbi Azərbaycana qayıdış ideyasını dəstəkləyir və bu məsələ artıq milliləşib, dövlətçilik ideologiyasının bir hissəsinə çevrilib. Xalqın dəstəklədiyi ideya isə mütləq həyata keçməlidir.
Belə tədbirlərin son vaxtlar Naxçıvan Muxtar Respublikasında keçirilməsinin də özünəməxsus əhəmiyyəti var. Bu bölgə tarixən İrəvanla çox sıx əlaqədə olub. Hesab edirik ki, Qərbi Azərbaycana qayıdış prosesinin koordinasiya mərkəzi gələcəkdə Naxçıvan Muxtar Respublikası ola bilər. Çünki Qərbi Azərbaycana, İrəvana, Göyçəyə, Ağbabaya və digər bölgələrə ən yaxın yer məhz Naxçıvandır”.