Naxçıvan Təlim Mərkəzi tərəfindən SMM təlimlərinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Dövlət qurumlarının rəqəmsal kommunikasiya bacarıqlarının artırılması məqsədilə Naxçıvan Təlim Mərkəzi tərəfindən Sosial Media Marketinqi (SMM) üzrə peşəkar təlimə start verilib.

Təlimə Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərində çalışan 41 əməkdaş cəlb olunub. Təlimlər həftədə 4 saat olmaqla, ümumilikdə 8 saatlıq proqram çərçivəsində keçirilir.

Təlimin ilk günü Ədliyyə Nazirliyinin akt zalında baş tutub. Sessiya çərçivəsində müasir sosial platformalar üzrə kontentlərin hazırlanması, auditoriyaya uyğun paylaşım strategiyalarının qurulması, platforma seçimləri və vizual təqdimat prinsipləri kimi aktual mövzulara toxunulub.

Təlim peşəkar sosial media mütəxəssisi Aslan Səfərov tərəfindən aparılıb. O, iştirakçılara nəzəri biliklərlə yanaşı, praktiki nümunələr əsasında sosial şəbəkələrdə effektiv kommunikasiya qurmağın yollarını izah edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: