Şıxmahmud kəndində yerləşən kafedə bir sıra nöqsanlar aşkar edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Babək rayon Şıxmahmud kəndində yerləşən Əhmədov Eldəniz Musa oğluna məxsus kafedə bir sıra nöqsanlar aşkarlanıb. 

Belə ki, kafenin qeydiyyatının olmadığı, bir işçinin dövri tibbi müayinələrə cəlb olunmadığı, gigiyenik qaydalara, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı müəyyən edilib. 

Faktlarla bağlı müvafiq tədbirlər görülüb, kafenin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək dayandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: