Muxtar respublikada  11 330 nəfər əmək pensiyaçısının pensiyası 160 manata çatdırılacaq

A- A A+

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 19 fevral 2019-cu il tarixdə imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Fərmana əsasən əmək pensiyasının minimum məbləği  2019-cu il  martın 1-dən  artırılacaq.  

Fərmana əsasən əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün növ əmək pensiyaçılarının pensiyaları 160 manata çatdırılacaqdır.  

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondundan NUHÇIXAN-a verilən məlumatda deyilir ki, Naxçıvan Muxtar Respublikası üzrə 4357 nəfər yaşa görə, 6560 nəfər əlilliyə görə, 413 nəfər ailə başçısını itirməyə görə, ümumilikdə isə 11 330 nəfər aşağı məbləğdə əmək pensiyası alan pensiyaçıların pensiyalarının məbləği 160 manata çatdırılacaq.

Pensiyanın minimum məbləğinin artımı bir qayda olaraq 1 mart 2019-cu il tarixindən hesablanacaq və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindın qanunvericiliyə uyğun plastik bankomat kartları və poçt şöbələri vasitəsi ilə pensiyaçılara ödəniləcəkdir.

Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən cari ilin 10 ayı  üzrə hər ay orta hesabla 267 min manat əlavə vəsait yönəldiləcəkdir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: