Naxçıvanda bir sıra qida obyektlərində nöqsanlar aşkarlanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən “Cahan ticarət mərkəzi”ndə fəaliyyət göstərən qutab, peraşki və digər fast food qida satışı xidməti göstərən bir sıra obyektlərdə, “Bazar gölü” ərazisində yerləşən dönərxana və kabab xidməti göstərən ictimai iaşə xidmət sahələrində, meyvə-tərəvəz və qarışıq çərəzlərin satışını həyata keçirən ticarət obyektlərində və Atabəylər məhəlləsində fəaliyyət göstərən “Real dönər” dönərxanasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb. 

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəalliyyəti məhdudlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: