Bəxtiyar Əsgərov İspaniya səfiri ilə görüşüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İspaniya Krallığının Azərbaycan Respublikasında Müvəqqəti İşlər Vəkili İqnasiyo Sançez Taboada ilə görüşüb.

Görüşdə Azərbaycan-İspaniya əlaqələrinin inkişafı, Naxçıvan Muxtar Respublikası şirkətləri ilə İspaniyanın ölkəmizdə fəaliyyət göstərən şirkətləri arasında mövcud əlaqələrin genişləndirilməsi yolları müzakirə edilib. Həmçinin   enerji və kənd təsərrüfatı sahələrində Naxçıvanla yaxından əməkdaşlıq məsələləri və qarşılıqlı səfərlər barədə də geniş söhbət aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: