Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı növbəti təlim - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ötən il təsdiq olunan Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə təlimə muxtar respublikanın səhiyyə sahəsində çalışan18 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.

Təlimdə Mərkəzin direktoru Sevinc CabbarovaTəsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə ümumi məlumat verib. Qeyd edilib ki, Qərara müvafiq olaraq vahid büdcə təsnifatında dəyişiklik edilməsi zərurəti son illərdə ölkədə həyata keçirilən iqtisadi islahatlar, dövlət və icmal büdcələrin idarə olunmasında tətbiq olunan qanunvericilik aktlarında aparılmış dəyişikliklərdən irəli gələn məsələlər ilə bağlıdır.Beynəlxalq təşkilatların təklifləri də nəzərə alınmaqla əlavə və dəyişikliklərlə təsdiq olunan büdcə təsnifatı ölkədə həyata keçirilən dövlət maliyyə inzibatçılığının və hesabatlılığın gücləndirilməsi, şəffaflığın artırılması, həmçinin büdcə vəsaitlərindən təyinatı üzrə istifadənin tam təmin edilməsi məqsədi daşıyır.

Mövzu ilə bağlı Nazirlik Aparatının Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Roman Hüseynov və Büdcə şöbəsinin əməkdaşı Orxan Abbasovun geniş çıxışları olub və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: