Kənd ictimaiyyəti ilə görüş olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Qaraçuq Kənd Mərkəzində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin ağsaqqalları, ziyalı və gəncləri ilə görüş keçirilib.
Görüşü Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva açaraq muxtar respublikamızın sosial-iqtisadi inkişafından, son illərdə aparılan genişmiqyaslı abadlıq, təmir və tikinti işlərindən söz açıb, xüsusən kəndlərdə yaradılan nümunəvi şəraitdən danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar “İnkişafın Naxçıvan modeli” və Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov “2019-cu il Naxçıvanda “Ailə təsərüfatlarıili”dir” mövzusunda çıxış ediblər.
Tədbirin sonunda Asim Yadigar, Həsənəli Eyvazlı, Əbülfəz Ülvi, Ələsgər Nehrəmli, Qafar Qərib və Vəli Qaraxan son dövrlərdə muxtar respublikamızda gedən işləri tərənnüm edən şeirlərini oxuyub , yeni çap olunan kitablarını kənd kitabxanasına bağışlayıblar.
Qafar Qərib