Ordubad rayonu ərazisində monitorinq keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinqlər davam etdirilir.
Növbəti dəfə Ordubad rayonunun Sabirkənd, Gilançay, Başdizə və digər kəndlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi aparılıb. Təsərrüfat və içməli sulardan analizlər götürülüb. Yoxlama zamanı təsərrüfat sularının tərkibindəki hidrogenin və həll olunan oksigenin miqdarı, elektrik keçiriciliyi, digər parametrlər nəzərdən keçirilib.
Eyni zamanda Sabirkənd yaxınlığında yerləşən məişət tullantıları poliqonunda da yoxlamalar aparılıb. Tullantıların zərərsizləşdirilməsi və torpaqla basdırılması tövsiyyə olunub. Ekoloji monitorinq zamanı rayonda yaşıllıqlara qulluq da nəzərdən keçirilib.