Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 44 nəfər xarici ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub

A- A A+

Cari ilin yanvar-may ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 42 nəfər cəlb edilib, onlardan 44-ü xarici ölkə vətəndaşlarıdır.

Bu barədə NUHÇIXAN-a Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xarici ölkə vətəndaşlarından ümumilikdə 447 kiloqram 208,684 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkar edilib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 196 kiloqram 338 qram və 5 min 183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: