Damarda trombun olmasına işarə edən 8 əlamət

A- A A+

Damarın divarının tamlığı pozulduqda qan laxtası (tromb) əmələ gəlir.

Tromb damarın divarını sanki yapışdırır ki, qanaxma yaranmasın. Bu orqanizmin qoruyucu mexanizmlərdən biridir. Daha sonra belə tromblar adətən sovrulur və heç bir pozulmaya səbəb olmur. Lakin bəzən tromblar sovrulmur, əksinə böyüyür və damarın mənfəzini tutur ki, bu da çox ağır pozulmaların inkişafına səbəb ola bilər. Həmçinin damarın divarından qopmuş tromb (belə tromba "embol" deyilir ) qan axını ilə daha nazik damarlara düşə bilər ki, bu da infarkt, insult, tromboemboliyaya səbəb ola bilər. Statistika göstərir ki, hər il tromboemboliyadan ölən insanların sayı xərçəngdən ölənlərin sayından daha çoxdur.      

NUHÇIXAN Rusiya KİV-lərinə istinadla damarlarda trombların olmasına işarə edən simptomları ilə sizi tanış edir:

- Ayaqlarda qıcolmalar və güclü kəskin ağrılar

Bu dərin damarların trombozuna işarə edə bilər.

- Ayaq və ya qolda keyimə və sancma hissi

- Dərinin ağarması

Məsələn, əgər ayaq dərisinin hər hansı hissəsi daha solğun görünürsə və ya ayaqlardan birinin dərisi daha ağdırsa, bu çox ciddi simptomdur.

- Dərinin bir hissəsində hərarətinin artması və ya əksinə azalması

Əgər dərinin hər hansı hissəsi daha soyuq və ya daha istidirsə, bu o deməkdir ki, bu yerin altında keçən damarda tromb əmələ gəlib.

- Beldə ağrılar

Bu da çanaq və ya qarın nahiyəsində trombun əmələ gəlməsinə işarə edə bilər.

- Tərləmənin artması

Ürək və ya ağciyərdə trombun əmələ gəlməsinə işarə edə bilən simptomdur.

- Təngənəfəslik

Bu ağciyərdə trombun olmasının əlaməti ola bilər.

- Sinədə kəskin ağrılar

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: