"ASAN xidmət" əməkdaşlarının andiçmə mərasimi keçirilib - FOTOLAR

A- A A+

23 iyun hər il ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur.

NUHÇIXAN xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.

Bildirilib ki, Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən təltif olunanlar sırasında Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev də var.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov əlamətdar hadisə münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıb.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən  58 dövlət qulluqçusu and içib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: