Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov iyunun 23-də "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.
NUHÇIXAN xəbər verir ki, sərəncamda deyilir"
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə
Abbasov Pərviz Nəriman oğlu
Babayev Mahir Məzahim oğlu
Nəcəfova Günel İsa qızı
Novruzov Ağəli Əkbər oğlu
“Rəşadətli əməyə görə” nişanı ilə
Eyvazov Rasim Qoşnəli oğlu
Əliyev Anar Hüseyn oğlu
Əliyeva Təranə Qədirxan qızı
Hüseynova Firuzə İsmayıl qızı
İbrahimov Vüsal Əvəz oğlu
İmanova Şəhanə İsmayıl qızı
Qaffarova Elnurə Əlihüseyn qızı
Quliyev Təbriz Siyavuş oğlu
Məmmədov Arzu Mətləb oğlu
Məmmədov Vüsal Vətən oğlu
Məmmədova Səkinə Mübariz qızı
Orucov Orxan Zakir oğlu".