Bu gün Naxçıvan şəhərinin bəzi yerlərində içməli suyun verilişində fasilə yaranacaq.
NUHÇIXAN-ın məlumatına görə, Qaraçuq kəndi, Qaraxanbəyli kəndi, Bulqan kəndi və Azərbaycan məhəlləsinin bir hissəsini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.