Yeni mərasim evləri tikilir

A- A A+

Son illər muxtar respublikanın kəndlərində mərasim evlərinin tikilməsi artıq ənənə halını alıb. Bu tikililər yas mərasimlərinin təşkili zamanı pərakəndəliyi ortadan qaldırıb  və bir növü Naxçıvanın mərasim mədəniyyətinin mühüm parçasına çevrilib. Muxtar respublikada yas mərasimlərinin təşkili zamanı dinimizin qaydalarına ciddi riayət edilməsi, eləcə də mərasim evlərinin inşa olunması ölkə səviyyəsində nümunə hesab olunur. Bu işlərdə dövlətlə yanaşı, kəndin sahibkarları, imkanlı şəxsləri, ictimaiyyətin nümayəndələri də yaxından iştirak edirlər. Bu isə cəmiyyət arasındakı birlik və bərabərlikdən xəbər verir.

Artıq  rayonun  Sirab, Şəkərabad, Məzrə və Babək qəsəbəsinin Qoşadizə məhəlləsində də yeni mərasim evlərinin tikintisinə başlanılıb.

Xatırladaq ki, rayonun  Qahab, Nehrəm, Zeynəddin,  Aşağı Buzqov,  Nəhəcir, Yarımca kimi kəndləri də daxil olmaqla, ümumilikdə, 25 mərasim evi fəaliyyət göstərir. Binaların hər birində qadın və kişilər üçün zallar nəzərdə tutulub, su və istilik sistemləri quraşdırılıb, müasir mebel dəstləri qoyulub.Bir sözlə, yas mərasimlərinin rahat və heç bir xərc çəkmədən təşkil etmək üçün tikililərdə hər cür şərait yaradılıb. Mərasim  evləri  bu gün həm də ümumxalq mərasimlərinin keçirilməsi üçün əlverişli məkandır.

 

Qalib Abbasov

“Şərqin səhəri” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: