NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcəkdir.
Bu çərçivədə Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat Şöbəsi bayram günlərində 27, 28 və 29 iyun 2025-ci il tarixlərində fəaliyyət göstərəcək.
Muxtar Respublikada fəaliyyət göstərən notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun fəaliyyət göstərəcəklər:
Naxçıvan şəhər 3 saylı Notariat Ofisi – 26 iyun saat 09:00-dan 18:00-dək və 27 iyun saat 09:00-dan 13:00-dək
Şərur rayon 2 saylı Notariat Ofisi – 27 iyun saat 09:00-dan 13:00-də
Şahbuz rayon Notariat Ofisi – 28 iyun saat 09:00-dan 13:00-dək və 29 iyun saat 14:00-dan 18:00-dək
Vətəndaşlar göstərilən tarixlərdə müvafiq notariat ofislərinə müraciət edə bilərlər.