Kartof əkininə başlanılıb

A- A A+

Culfa rayonunda  ailə təsərrüfatlarının inkişaf etdirilməsi istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də daxili bazarda bolluq yaradılmasında mühüm rol oynayır.

2019-cu ilin Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili”olması ailə təsərrüfatlarının işini xeyli canlandırıb.Bu təsərrüfatların qarşısında yeni perspektivlər açıb və  insanların kənd təsərrüfatına marağını artırıb.

Bütün bunlar isə muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsinə kənd təsərrüfatı məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsinə, əhalinin rifah halının yüksəldilməsinə, ümumilikdə aqrar sahənin daha da inkişaf etdirilməsinə geniş imkanlar yaradır.

Artıq fevralın ikinci yarısından etibarən Culfa rayonun  aran kəndlərində yazlıq kartof əkininə başlanılıb. Havaların münasib keçməsindən istifadə edən ailə təsərrüfatlarında bir neçə gündür ki, erkən kartof əkini aparılır. Dizə kənd sakini Abbas Tağıyev qısa müddət ərzində 2,3 hektar sahədə kartof əkinini həyata keçirib, daha 0,7 hektar sahədə əkin aparmaq üçün hazırlıq işlərini başa çatdırıb.

                                  “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: