Naxçıvan MR Həmkarlar İttifaqları Şurası ittifaq üzvlərinin yay istirahətinə start verib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 28-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ittifaq üzvlərinin yay istirahətinin təşkili çərçivəsində ilk 59 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub.

İstirahət zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev ittifaq üzvləri ilə görüş keçirib, onlarla səmimi söhbət aparıb. Bildirib ki, Həmkarlar İttifaqları Şurası üzvlərin sosial rifahının və mənəvi rahatlığının təmin edilməsinə daim diqqət göstərir. Yay mövsümündə təşkil edilən bu istirahət proqramı həm əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, həm də kollektiv ruhunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İki günlük proqram çərçivəsində iştirakçılar kanat xəttindən istifadə edib, gündə üç dəfə təqdim olunan ləzzətli yeməklərlə qidalanıb, həmçinin təşkil olunan intellektual və əyləncəli proqramlarda fəal iştirak ediblər. 

Qeyd edək ki, yay mövsümü ərzində Həmkarlar İttifaqları Şurasının üzvləri yollayış dəyərinin cəmi 15 faizini ödəməklə hər həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində yaddaqalan və mənalı şəkildə keçirə biləcəklər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: