İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib.
NUHÇIXAN xəbər verir ki, məlumata görə, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu bütün lazımi sənədləşmə işlərini aparır və təhvil-təslim prosesini təşkil edir.
Cəsədlərin üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir. Meyitlər əvvəllər Yekaterinburq Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morqunda olub, prosedurlar başa çatdıqdan sonra oradan təhvil verilib.
Meyitlər Yekaterinburq-Bakı birbaşa aviareysi ilə Azərbaycana göndəriləcək.