"Naxçıvan Qaziləri" İctimai Birliyinə yeni sədr təyin edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində "Naxçıvan Qaziləri" İctimai Birliyinin yaradılmasının ikinci il dönümünə həsr edilmiş hesabat iclası keçirilib.

Öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Hesabat xarakterli çıxış edən birliyin həmtəsisçisi Əli Əlisoy iki il ərzində görülən işlər barədə məlumat verib. Sonra üzvlərin istəkləri nəzərə alınaraq birliyin yeni idarə heyətinin təşkili üçün sədr və müavinlərin seçilməsi qərara alınıb. "Naxçıvan Qaziləri" İctimai Birliyinə sədr vəzifəsinə Vətən müharibəsi qaziləri, mayor Təbriz  Zeynalov, mayor Firuz Məmmədov, kapitan Cehun Bayramov namizədlikləri təklif olunub. 

Gizli səsvermə hüququndan istifadə edən qazilərin səs çoxluğu ilə Vətən müharibəsi qazisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, ehtiyatda olan mayor Təbriz Zeynalov "Naxçıvan Qaziləri” İctimai Birliyinin sədri təyin olunub. 

Qeyd edək üzürlü səbəblərdən iclasda iştirak edə bilməyən qazilər onlayn şəkildə  səsvermədə iştirak ediblər.

Sonda Təbriz Zeynalov çıxış edərək iclas iştirakçılarına təşəkkürünü bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: