Seyfəddin Hüseynli: Qardaşlarımın cənazələri yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq

A- A A+

Yekaterinburqdakı hadisələr təkcə ailəmiz deyil, bütün Azərbaycan üçün ağır oldu. Bir azdan Rusiyanın güc strukturlarının amansız işgəncələri nəticəsində həyatını itirmiş qardaşlarımın cənazələri ölkəyə gətirilir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyada qardaşları qətlə yetirilən jurnalist Seyfəddin Hüseynli söyləyib.

"Rusiyada həyata keçirilən qurama, qeyri-obyektiv, qondarma ekspertizanın rəyi ilə bağlı həqiqətin üzə çıxarılması, haqq-ədalətin öz əksini tapması üçün ölkəmizin peşəkar həkimləri tərəfindən cənazələr yenidən yoxlanılacaq, müvafiq obyektiv rəy hazırlanacaq", - deyə o vurğulayıb.

Seyfəddin Hüseynli fikirlərini belə davam etdirib:”Bizim xalqımız da, dövlətimiz də alicənabdır. Hər zaman öz nəcibliyini qoruyub. Sözsüz ki, Azərbaycan bu məsələdə də tam qanuna uyğun şəkildə davrandı, adekvat addımlar atdı. Azərbaycan dövləti göstərdi ki, hər bir vətəndaşının, ümumilikdə bütün azərbaycanlıların hüququnu, haqqını qorumağa qadirdir, bunun üçün çalışır. Dövlətimiz Azərbaycan mənsubiyyəti olan heç bir insanın zülmə, işgəncəyə məruz qalmasına sakit baxmayacaq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: