Yekaterinburqda öldürülən Səfərov qardaşları Ağcabədidə dəfn olunublar - YENİLƏNİB 2 - FOTOLAR
Yekaterinburqda öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşları Ağcabədidə dəfn olunublar.
NUHÇIXAN-ın məlumatına görə, Səfərov qardaşları valideynlərinin dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılıblar.
10:40
Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində ölən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilib.
NUHÇIXAN-ın məlumatina görə, vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.