Bu gün yerli vaxtla saat 11:47 və 12:57-də Türkiyənin Bursa vilayətində 3,9 və 4,2 bal gücündə iki zəlzələ baş verib.
NUHÇIXAN xəbər verir ki, İstanbul da daxil olmaqla, bir çox bölgədə hiss edilən yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələlərin ocağı yerin 9,82 və 10,14 kilometr dərinliyində qeydə alınıb.
Ölkənin daxili İşlər naziri Ali Yerlikaya verdiyi açıqlamada bildirib ki, zəlzələ ilə bağlı olaraq AFAD və digər aidiyyəti qurumlar sahə yoxlamalarına başlayıblar. Hazırda hansısa mənfi hal qeydə alınmayıb.