Rusiyanın Yekaterinburq şəhərinin Leninski rayon məhkəməsi Şahin Lalayevin barəsində həbs qətimkan tədbiri seçib.
NTV regional media orqanlarının məlumatına istinadla xəbər verir ki, onun həbs müddəti iyulun 19-dək uzadılıb. Vəkilin sözlərinə görə, Şahin Lalayev ittiham üzrə özünü təqsirsiz bilir. Müdafiə tərəfi daha yüngül qətimkan tədbiri seçilməsi barədə vəsatət qaldırıb, amma məhkəmə onu təmin etməyib.