Dövlət Komitəsinin sədri: Qadınlar Forumunun böyük faydası olacaq

A- A A+

İqtisadi cəhətdən gücləndirilməmiş, iqtisadi imkanları aşağı səviyyədə olan qadınların cəmiyyətin həyatına, onun inkişafına töhfə verməsi şübhə doğurur. Qadınlar bütün bunlara yalnız yüksək təhsilə, savada, elmə, biliyə, aparıcı peşələrə yiyənlənməklə nail ola bilərlər. Qadınları cəmiyyətin lokomotivi adlandırırıq. Odur ki, onlar hər tərəfdən güclü olmalıdırlar.

NUHÇIXAN xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində deyib.

Dövlət Komitəsinin sədri, eyni zamanda bildirib ki, Azərbaycanda tarixən təhsilə və qadınların inkişafına həm dövlət, həm də özəl sahənin nümayəndələri diqqət göstərib. O, Azərbaycanın inkişafında qadınların da böyük rolunun olduğunu diqqətə çatdırıb.

"Biz inkişaf üzərindən daha çevik bir dönəmə, yeniliklərlə zəngin olan mərhələyə daha güclü vətəndaşlarla, o cümlədən də qadınlarla

daxil olmalıyıq. Bu baxımdan belə tədbirlərin keçirilməsi, xüsusilə İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi çərçivəsində Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qadınlar Forumunun təşkili çox faydalıdır və bunun böyük töhfəsi olacaq. İştirakçılar panel sessiya çərçivəsində öz təcrübələrini bölüşməklə gələcək istiqamətlərlə bağlı fikirlərini səsləndirdilər. Düşünürəm ki, yekunda çox vacib işlər ortaya qoyacağıq. Bu da dayanıqlı iqtisadi inkişafa, iqlimə və cəmiyyətə töhfəmiz olacaq. Azərbaycanın bu istiqamətlərdə təcrübəsi var. Biz bu istiqamətlərdə təcrübələri bölüşdük. Əlbəttə ki, digər təcrübələrlə tanış olmaqda və birgə fəaliyyət istiqamətlərindəki layihələrdə iştirak etməkdə maraqlıyıq", - deyə B. Muradova vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: